"Dinamo Kiyev"in sabiq üzvü karyerasını Azərbaycanda davam etdirə bilər

"Dinamo Kiyev"in sabiq üzvü karyerasını Azərbaycanda davam etdirə bilər

Azərbaycan Premyer Liqasında yeni mövsümə iddialı hazırlaşan "Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirmək üzrədir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Qərb təmsilçisi nigeriyalı hücumameylli yarımmüdafiəçi Olabiran Blesinq Muyivanı (Benito) komandanın düşərgəsinə, baxışa dəvət edib.

Təcrübəli legioner artıq komandanın məşqlərinə qoşularaq fiziki və texniki keyfiyyətlərini nümayiş etdirmək fürsəti əldə edib. 27 yaşlı futbolçu baş məşqçi Azər Məmmədovun ümidlərini doğrultsa, onunla rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Benito karyerası ərzində "Dinamo Kiyev", "Tambov", "Olimpik Daşkənd" kimi müxtəlif xarici klublarda çıxış edərək beynəlxalq təcrübə toplayıb. Qərarın gələn həftə ərzində rəsmiləşəcəyi gözlənilir.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər