"Dəfələrlə demişəm ki, o, bizim ən yaxşı oyunçumuzdur" - "Çelsi"nin baş məşqçisi

"Dəfələrlə demişəm ki, o, bizim ən yaxşı oyunçumuzdur" - "Çelsi"nin baş məşqçisi

Klublararası dünya çempionatının qrup mərhələsinin ilk turunda "Los Anceles"i 2:0 hesabı ilə məğlub edən "Çelsi"nin baş məşqçisi Entso Mareska oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun yarımmüdafiəçi Koul Palmer haqda sözlərini FİFA-nın rəsmi saytı belə çatdırıb:

"Matçın ardından Koul Palmerlə söhbətimiz oldu. Ona bu gün sərgilədiyi futbolu bəyəndiyimi dedim. Oyun məsuliyyəti, topla davranışı xoşuma gəldi. O, meydanın bizə aid hissəsində də top almağa çalışırdı. Birəbir mübarizələrdə inamlı təsir bağışladı. Biz Kouldan belə oyun gözləyirik. Dəfələrlə demişəm ki, o, bizim ən yaxşı oyunçumuzdur".

"Dəfələrlə demişəm ki, o, bizim ən yaxşı oyunçumuzdur" - "Çelsi"nin baş məşqçisi

Xatırladaq ki, "Çelsi" qrup mərhələsinin 2-ci turunda Braziliyanın "Flamenqo" klubu ilə üz-üzə gələcək. İyunun 20-də baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 22:00-da başlayacaq.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər