Azərbaycan - Norveç oyunu zamanı diqqətsizlik səbəbindən körpüdən yıxılan Nahid Zahidovun vəziyyəti yaxşılığa doğru gedir. Bu barədə futbolinfo.az saytına AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.
Həmsöhbətimiz xəsarət alan şəxsin AFFA tərəfindən müalicə xərclərinə dair məsələyə də aydınlıq gətirib: "Nahidin atasıyla danışmışıq. Zahidov dövlət xəstəxanasında müalicə olunur. Bütün lazımi dəstəyi də assosiasiya üzərinə götürüb. Dayısının, yaxud digər qohumunun nə deməsi bizə maraqlı deyil. Biz Nahidin atası ilə danışmışıq. O ki qaldı Nahidin hazırkı durumuna, 3 saat əvvəl AFFA-nın həkimi Mahir Məmmədov xəstəxanayla əlaqə yaradıb. Ona bildirilib ki, xəstənin vəziyyəti yaxşılığa doğru gedir".