"Cəbrayıl" "Sabah"la qarşılaşacaq

"Cəbrayıl" "Sabah"la qarşılaşacaq

Yeni mövsümün hazırlığını davam etdirən I Liqa klubu "Cəbrayıl" növbəti yoxlama oyununda qüvvəsini sınayacaq.

Fanat.Az-ın məlumatına görə, Bəxtiyar Soltanovun baş məşqçisi bölgə təmsilçisi "Sabah"ın əvəzedici komandası ilə üz-üzə gələcək.    Görüş avqustun 13-də "ASCO Arena"da baş tutacaq. Matçın başlama saatı hələ müəyyənləşməyib.

Qeyd edək ki, "Cəbrayıl" Bəxtiyar Soltanovla 1 illik müqavilə imzalayıb. 36 yaşlı mütəxəssis bu postda ötən ilin noyabrından baş məşqçi vəzifəsini icra edən Əli Muradovu əvəzləyib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər