Bir az əvvəl "Qəbələ"nin Ruslan Abışovla anlaşması barədə xəbər yaymışdıq. Bununla bağlı redaksiyamıza daxil olan məlumatda bildirilir ki, millimizin üzvü artıq bölgə təmsilçisi ilə müqavilə bağlayıb.
Lakin Abışova yaxın mənbələr fərqli iddia ilə çıxış edib. Onların iddiasına görə, Ruslan "Rubin"dən ayrılmayıb və "Qəbələ"yə keçməyib. Həmçinin deyilir ki, millimizin üzvü ölkəyə qayıtmaq niyyətində deyil və karyerasını ölkə xaricində davam etdirmək niyyətindədi.
Amma rekdaksiyamıza məlumat verən mənbə "Qəbələ"nin Abışovla anlaşdığını israr edir. O, həmçinin qeyd edir ki, bölgə klubunun baş məşqçisi Ruslanla yanaşı, "Xəzər Lənkəran"dan Rahid Əmirquliyevlə "Bakı"dan Cavid Hüseynovu da sərəncamında görmək istəyir. Bir sözlə millinin bu üç üzvü Syominin "Böyük Qəbələ" layihəsinin tərkib hissəsidi.
Bu xəbərlərin nə qədər real olub-olmadığını bilmək üçün Premyer Liqada qış fasiləsinin yaranmasını və transfer pəncərəsinin açılmasını gözləməli olacağıq. Bir şey dəqiqdi ki, "Qəbələ" Abışovu yayda da heyətinə qatmaq istəyirdi. Hətta Syominin komandası onu icarəyə götürmək üçün "Rubin"ə müraciət də etmişdi. Lakin Kazan klubu futbolçusunu qəbələlilərə verməmişdi.
Fanat.az