"Böyük Dəbilqə"də Azərbaycanı təmsil edəcək cüdoçular açıqlandı

"Böyük Dəbilqə"də Azərbaycanı təmsil edəcək cüdoçular açıqlandı

Fevral 7-8-də Fransanın paytaxtı Parisdə "Böyük Dəbilqə" turniri keçiriləcək.

Fanat.Az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, keçiriləcək nüfuzlu yarışda Azərbaycanın kişilərdən ibarət milli komandası 8 cüdoçu ilə təmsil olunacaq.

İki gün davam edəcək turnirə baş məşqçi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Slavko Tekiçin başçılığı altında 5 çəki dərəcəsində qatılacaq. Ümumilikdə isə beynəlxalq yarışda 82 ölkədən 526 idmançı mübarizə aparacaq.

Kişilər

-60 kq

Balabəy Ağayev

-66 kq

Nazir Talıbov Ruslan Paşayev

-81 kq

Zelim Tçkayev Vüsal Qələndərzadə

-100 kq

Əjdər Bağırov

+100 kq

Uşanqi Kokauri Kənan Nəsibov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər