"Böyük Dəbilqə": Azərbaycanı Astanada 3 cüdoçu ilə təmsil olunacaq

"Böyük Dəbilqə": Azərbaycanı Astanada 3 cüdoçu ilə təmsil olunacaq

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 9–11 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada "Böyük Dəbilqə" turniri keçiriləcək. 

Fanat.Az xəbər verir ki, Azərbaycan bu yarışda qadınlardan ibarət yığma komandanın böyük məşqçisi Saşa Herkenrat-Vimarın başçılığı altında 3 çəki dərəcəsində 3 cüdoçu ilə təmsil olunacaq. 

Qeyd edək ki, üç gün davam edəcək yarışda 47 ölkədən 397 idmançı (222 kişi, 175 qadın) iştirak edəcək.

Qadınlar

-48 kq Könül Əliyeva

-52 kq Gültac Məmmədəliyeva

-57 kq Fidan Əlizadə

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər