Türkiyənin qadın voleybolçulardan ibarət "Bursaspor" klubu Azərbaycana gəlir. Fanat.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Emin İmen məlumat verib.
Baş məşqçi bildirib ki, gələn həftə Bakıya gəlib "Azərreyl"lə iki oyun keçirəcəklər: "Gələn həftə Azərbaycana gedib bir turnirə qatılacağıq. Bu matçlarda komandamızın son durumunu görərək mövsümə tam hazır şəkildə başlayacağıq. Komanda olaraq çempionata hazırıq. Zədəli oyunçularımız var. Mövsümə qələbə seriyası ilə başlamaq istəyirik".