"Bu uğur futbolumuzun inkişafına təkan verəcək" - AFFA prezidenti

"Bu uğur futbolumuzun inkişafına təkan verəcək" - AFFA prezidenti
"Futzal üzrə Azərbaycan milli komandasının Kolumbiyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanması Azərbaycanda futbolun inkişafına daha da təkan verəcək". Fanat.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
"Bu bizim üçün böyük qələbədir. İndiyə qədər bizə dünya çempionatında oynamaq nəsib olmamışdı. İnanıram ki, bu uğur Azərbaycanda futbolun inkişafına daha da təkan verəcək".
Xatırladaq ki, dünən axşam Azərbaycan millisi futzal üzrə dünya çempionatının seçmə mərhələsinin cavab görüşündə Hollandiya yığması ilə qarşılaşıb. Matç 4:4 hesabı ilə başa çatsa da, ümumi nəticədə (9:5) qalib olan yığmamız final mərhələsinə vəsiqə qazanıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər