"Bu oyunda biz əsl "İnter"i gördük"

"Bu oyunda biz əsl "İnter"i gördük"
"İnter" Premyer Liqanın XXVII turunda səfərdə “Qəbələ”yə 4:1 hesabı ilə qalib gəlib. Fanat.az xəbər verir ki, qarşılaşmanı canlı izləyən klubun direktoru Natiq Məmmədov matçla bağlı fikirlərini bildirib: 
"Öncə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etmək istəyirəm. Oyunla əlaqədar isə onu demək istəyirəm ki, bu qarşılaşmada biz əsl “İnter”i gördük. Komanda bu görüşü əla keçirdi və layiqli qələbə qazandı. Kubokda çıxışı dayandırdıqdan sonra komanda tamamilə çempionata köklənib. Bizi mükafatlar uğrunda çətin mübarizə gözləyir və göstərməliyik ki, “İnter” ölkəmizi avrokuboklarda təmsil edəcək komandalardan biri olmağa layiqdi. Komandanın qarşısında qitə miqyaslı yarışda çıxış etmək hüququ verəcək yer tutmaq vəzifəsi dayanır və biz bu məqsədə doğru addımlayacağıq. Qarşıda bizi 9 tur gözləyir və bu mərhələ sözsüz ki, ən məsuliyyətli olacaq. Həmin mərhələni daha yaxşı keçməyə və mövsümü yüksək mövqedə yekunlaşdırmağa çalışacağıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər