"Bu, mənim üçün uzun bir gecə olacaq" - Ançelotti "Milan"a məğlubiyyəti dəyərləndirdi

"Bu, mənim üçün uzun bir gecə olacaq" - Ançelotti "Milan"a məğlubiyyəti dəyərləndirdi

"Real Madrid" UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində "Milan"la 4-cü turun oyununda məğlubiyyətlə üzləşib. 

Fanat.Az xəbər verir ki, Madriddə 1:3 hesabı ilə uduzan "Kral klubu"nun baş məşqçisi matçı dəyərləndirib. 

"Pianetamilan.it" italiyalı mütəxəssisin dediklərini belə təqdim edib: "Bu, mənim üçün uzun bir təhlil gecəsi olacaq. Çoxlu şanslarımız oldu, amma müdafiədə problemlər yaşadıq. Keçən il eyni komanda ilə Çempionlar Liqasının qalibi olmuşuq. O zaman hər şey çox möhkəm idi, o cümlədən müdafiə. Bu il işlər heç də elə getmir”. 

“Real Madrid” dörd oyundan sonra 7 xalı var.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər