"Bu gün Kiliana qarşı oyun olacaq" - "Milan"ın qapıçısı

"Bu gün Kiliana qarşı oyun olacaq" - "Milan"ın qapıçısı

Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda bu gün "Real Madrid"in qonağı olacaq "Milan"ın qapıçısı Mik Menyan oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "Football Italia" onun sözlərini belə çatdırıb:

"Bu gün Kiliana qarşı oyun olacaq. Hazırda çətin dönəm keçirsə də, o, keyfiyyətli futbolçudur. Düşdüyü vəziyyətdən çıxacağına şübhə etmirəm. 

Futbol mənə həmişə adrenalin verir. Hamıya qarşı oynamaqdan zövq alıram. Mənim üçün ən yaxşı variant komanda yoldaşlarımla birlikdə qələbə qazanmaq olar. Özümü ən yaxşı saymasam, bunu mənim əvəzimə heç kim etməyəcək. Dünyanın ən yaxşı qapıçılarının siyahısında 5-ci yerdəyəm, amma mükəmməlləşməliyəm. Həmişə qarşıdakı matç barədə düşünürəm".

Qeyd edək ki, "Real" - "Milan" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər