“Qarabağ”ın futbolçusu Dino Ndlovu “Fiorentina” ilə oyun üçün təşkil olunan mətbuat konfransında çıxış edib. Fanat.Az xəbər verir ki, cənubi afrikalı hücumçu sabahkı görüşün çətin olacağını bildirib:
"Sabahkı oyun yalnız futbolçular üçün yox, Azərbaycan üçün əhəmiyyətli oyundu. Bilirik ki, çətin oyun olacaq. Amma əlimizdən gələni edəcəyik. İtaliya komandalarına qarşı oynamaq çətindi. Amma əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq”.
Fanat.Az