"Bu, AFFA prezidenti Rövnəq Abdullayevə ünvanlanacaq sualdı" - UEFA prezidenti

"Bu, AFFA prezidenti Rövnəq Abdullayevə ünvanlanacaq sualdı" - UEFA prezidenti

Ölkəmizdə səfərdə olan UEFA-nın yeni prezidenti Aleksander Çeferin bu gün Qız Qalasının qarşısında jurnalistlər üçün brifinq keçirib. Fanat.Az xəbər verir ki, söhbət zamanı Çeferin səfər təəssüratlarından danışıb.

 

- Bu cür tədbirlərin hansı müsbət təsirləri olur?

- Bu cür tədbirlər futbolun inkişafına çox kömək edir. Ümid edirəm ki, bu, sizdə uşaqların futbola cəlb olunmasına kömək edəcək və komandanız böyük turnirlərin final mərhələsində çıxış etmək hüququ qazanacaq.

 

- AÇ-2020-yə ev sahibliyi edəcək Bakının loqosu ürəyinizcədimi?

- Loqodan çox xoşum gəldi, razılığımı bildirdim. Bu loqonun arxasında duran ideya millətlərin birləşməsi üçün hesablanıb. Əsas məqsəd budu.

 

- Azərbaycan futbolunun infrastrukturu ilə tanış ola bildinizmi?

- Az müddətdi ki, Azərbaycandayam. Dünən “Qəbələ”nin “Maynts”la oyununda oldum, 8-ci km qəsəbə stadionunu gördüm. Bir də Bakı Olimpiya Stadionunu kənardan görmüşəm. Çox gözəldi, bəyəndim.

 

- “Qəbələ” – “Maynts” matçını tribunadan izlədiniz. Oyunla bağlı fikriniz necədi?

- Çox qol gördük. Bu isə azarkeşlər üçün müsbət məqamdı.

 

- Bakının yaxın gələcəkdə Çempionlar Liqası və ya Avropa Liqasının finalına ev sahibliyi etmək şansı varmı?

- Bunun üçün UEFA-ya sifariş göndərmək lazımdı. Təbii ki, qalib olmaq mümkündü. Sifariş kitabçasında ən yüksək yerdə olan şəhərlərə bu cür finallar verilir.

 

- AFFA-nın baş katibi Elxan Məmmədovu UEFA-da hər hansı bir məsul vəzifədə görə bilərikmi?

- Həmişə belə bir şans var. Amma bu, AFFA prezidenti Rövnəq Abdullayevə ünvanlanacaq sualdı. (apasport.az)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər