"Botev" "Qəbələ" ilə oyundan imtina etdi

"Botev" "Qəbələ" ilə oyundan imtina etdi
"Qəbələ" Sloveniyada təlim-məşq toplanışını davam etdirir. Fanat.az xəbər verir ki, Dorinel Muntyanunun başçılıq etdiyi komanda dünən Bolqarıstanın "Botev" klubu ilə yoxlama oyunu keçirməli idi.
Lakin qarşılaşma baş tutmayıb. Belə ki, "Botev" bu oyundan imtina edib və Sloveniyanın "Kelje" klubu ilə qarşılaşaraq 5:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl iki yoxlama oyunu keçirib və Sloveniya klubları ilə qarşılaşıb. "Stoynitsa"nı 1:0 hesabı ilə yenən "Qəbələ" "Koper"ə uduzub - 0:1.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər