"Bornmut" alman mütəxəssisə tapşırıldı

"Bornmut" alman mütəxəssisə tapşırıldı

"Bornmut"dan ayrılaraq "Liverpul"a baş məşqçi təyin edilən Andani İraolanın xələfi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, "gilənarlar" almaniyalı mütəxəssis Marko Rozeyə tapşırılıb.

Məlumatı Premyer Liqa klubunun mətbuat xidməti yayıb.

Xatırladaq ki, "Bornmut" İraolanın rəhbərliyi altında 57 xal toplayaraq mövsümü İngiltərə Premyer Liqasının turnir cədvəlinin 6-cı pilləsində yekunlaşdırıblar. O, 2023-cü ilin yayından "Bornmut"un "sükanı arxası"nda idi.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər