Sloveniyanın "Koper" klubunun kapitanı İvitsa Quberaç Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, futbolçu bu gün Bakıda keçirilən mətbuat konfransında iştirak edib:
"Güclü komandaya qarşı oynayacağıq. Hava şəraiti də yaxşı deyil. Buna baxmayaraq, qələbə üçün əlimizdən gələni edəcəyik. Əlbəttə ki, rəqib daha da güclü komanda ola bilərdi. Azərbaycan çempionatında çıxış edən sloveniyalı futbolçulardan “Neftçi” haqqında soruşmamışıq. Bizi yalnız Bakıdakı hava şəraiti narahat edir”.
Fanat.az