Moldova yığmasının baş məşqçisi Ştefan Stoyka millimizlə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, rəqib çalışdırıcı 1:2 hesabı ilə yenildikləri matçla bağlı bunları deyib:
"İlk növbədə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına bizə yaratdığı şəraitə görə minnətdaram. Oyuna gəlincə, yaxşı oyun oldu. İlk hissədə rəqib daha yaxşı oynadı. Bizimlə müqayisədə Azərbaycan millisi daha çox qol imkanı yaratdı. Son vaxtlar yaxşı çıxış etmirik. Bu gün 5 əsas oyunçumuz yox idi. Hansı ki, onlar Türkiyə, Rusiya və Ukrayna çempionatında çıxış edirlər. Onların əvəzinə gənc futbolçulara şans verdik. Azərbaycan idmanı inkişafdadı. Bu, futbolda da özünü göstərir. İdmanınıza böyük investisiya qoyulur. Bu, öz sözünü deməli idi. Bizdə isə Azərbaycandakı kimi imkan yoxdu. Amma yenə də oyunumuzu düzəltməyə çalışırıq".
Fanat.az