"Biz titul uğrunda mübarizədə iştirak etmirik" - "Çelsi"nin baş məşqçisi

"Biz titul uğrunda mübarizədə iştirak etmirik" - "Çelsi"nin baş məşqçisi

"Çelsi"nin baş məşqçisi Entso Mareska hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 3-cü pillədə mövqe tutan "zadəganlar"ın bu mövsüm çempionluq uğrunda mübarizə aparmadıqlarını deyib.

Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Biz titul uğrunda mübarizədə iştirak etmirik. Mənim fikrimcə, çempionluğa oynamırıq. Dəqiq belədir".

Xatırladaq ki, İPL-in turnir cədvəlinə 13 tura 34 xal toplayan "Liverpul" başçılıq edir. Hərəyə 25 xalı olan "Arsenal" və "Çelsi" isə uyğun olaraq 2 və 3-cü yerlərdə mövqe tutublar.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər