"Bir gün yenə Azərbaycana qayıdacam" - Reynaldo

"Bir gün yenə Azərbaycana qayıdacam" - Reynaldo

“Azərbaycan xalqını salamlayıram. Orada olduğum müddətdə mənə dəstək olan klub rəhbərliyinə, məşqçilər heyətinə, komanda yoldaşlarıma, klubda çalışan hər kəsə, azarkeşlərə minnətdaram". 

Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"dan ayrılan Reynaldo Silva deyib. Türkiyənin "Adanaspor" klubuna transfer olunan braziliyalı futbolçu fikirlərini "Facebook" səhifəsindən bildirib.

Reynaldo bir gün Azərbaycana dönəcəyini deyib: "Neçə ildir yaşadığım və mənə doğmalaşan ölkədən ayrılmaq çətindir. Çox yaxşı təəssüratlarla ayrılıram. Sizləri çox sevirəm və hər zaman ürəyimdə olacaqsınız. Bir gün yenə Azərbaycana qayıdacam”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər