"Bayern" Noyeri bu qapıçı ilə əvəz edir

"Bayern" Noyeri bu qapıçı ilə əvəz edir

"Bayern Münhen" rəhbərliyi bu mövsümün sonunda təcrübəli Manuel Noyerin yerinə yeni qapıçı almağa hazırlaşır. 

Fanat.Az xəbər verir ki, Almaniya nəhəngi uzun müddətdir izlədiyi 21 yaşlı qapıçı Yonas Urbiqi yay "transfer pəncərəsi"ndə heyətinə qatacaq. 

Məlumatı "Sky Sport Germany" yayıb. "Köln"ün qapıçısının transfer dəyəri üç milyon avro qiymətləndirilir. 

Münhen komandası həmçinin, 38 yaşlı Noyerlə də yeni müqavilə imzalamağı planlaşdırır. 

Qeyd edək ki, Yonas Urbiq bu mövsüm “Köln”ün heyətində Almaniyanın aşağı liqasında 10 oyun keçirib, bunun üçündə qapısını təmiz saxlaya bilib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər