"Bayern" indiyədək Çempionlar Liqasının ilk yarımfinal oyununda uduzandan sonra geridönüş edə bilməyib

"Bayern" indiyədək Çempionlar Liqasının ilk yarımfinal oyununda uduzandan sonra geridönüş edə bilməyib

"Bayern Münhen" UEFA Çempionlar Liqasının pley-off mərhələlərində (1992/1993 mövsümündən bəri) 16 dəfə ilk oyunlarda məğlub olub.

Fanat.Az-ın məlumatına görə, buna rəğmən, Münhen təmsilçisi birinci duellərdə yeniləndən sonra 4 dəfə növbəti mərhələyə adlamağı bacarıb.

Bu gün öz meydanında PSJ ilə sözügedən turnirin yarımfinalının cavab qarşılaşmasına çıxacaq (Parisdəki görüşdə almanlar 4:5 hesabı ilə uduzub) Almaniya nəhənginin indiyədək 1/2 finalda geridönüş edə bilmədiyi də faktdır.

Qeyd edək ki, "Bayern" - PSJ matçının start fiti Bakı vaxtı ilə 23:00-da səsləndiriləcək.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər