"Bavariya" və "Portu" rəqib tanımır

"Bavariya" və "Portu" rəqib tanımır
Avropanın milli çempionatlarında 2013/14 mövsümü davam edir. Fanat.az xəbər verir ki, indiyədək 10 komanda çıxdığı heç bir matçda məğlub olmayıb.
Almaniyanın "Bavariya" klubu çıxdığı son 37, Portuqaliya "Portu"su isə 52 liqa matçında yenilgi üzü görməyib.
Mövsümə yeni baş məşqçi ilə başlayan "Barselona" mövsümün 13 matçından 11-ini qazanıb və 2-də heç-heçə oynayıb. İtaliya "Roma"sı da uduzmayan komandalardan biridi. Keçirdiyi 12 matçdan 10-nu qazanan paytaxt təmsilçisi "Torino" və "Sassuolo" ilə heç-heçə edib. Zlatan İbrahimoviçli PSJ mövsümün 13 matçından 9-nu qazanıb, 4-də meydandan 1 xalla ayrılıb. 
Bu komandalarla yanaşı Çexiya "Sparta"sı (11 qələbə, 3 heç-heçə), Yunanıstan "Olimpiakosu" (10 qələbə, 1 heç-heçə), Rumıniya "Styaua"sı (9 qələbə, 2 heç-heçə), Şotlandiya "Seltik"i (9 qələbə, 3 heç-heçə) və Malta "Hibernians"ı (9 qələbə, 2 heç-heçə) cari mövsümdə uduzmayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər