Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək İspaniyanın 17 yaşadək futbolçulardan ibarət yığmasının heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Santi Denia 18 nəfərlik yekun heyəti müəyyənləşdirib.
Baş məşqçi Bakıya gələcək heyətə "Barselona"dan 5, "Real"dan 3, “Espanyol” və “Saraqosa”dan 2, “Atletiko”, “Malaqa”, “Vilyarreal” və “Real Sosyedad”dan 1 futbolçu cəlb edib.
Daha iki oyunçu isə legionerdi. Belə ki, Santi Denia “Mançester Siti” və “Roda”nın üzvlərini heyətə salıb.
Qeyd edək ki, İspaniya millisi Avropa çempionatının D qrupunda İtaliya, Serbiya və Hollandiya ilə mübarizə aparacaq.
Qapıçılar: İqnasio Pena Sotorres (Barselona), Adrian Lopez Qarrote (Espanyol).
Müdafiəçilər: Qorka Zabarte Moreno, Fransisko Qarsia Torres (hər ikisi "Real"), Xose Karlos Aliaga Sabater (Atletiko), Xuan Brandariz Movilla (Barselona), Pol Lozano Vizuete (Espanyol), Alexandro Robles Qarsia (Malaqa).
Yarımmüdafiəçilər: David Subias Alfonso, Alexandro Millan İranzo (hər ikisi “Saraqosa”), Oriol Buskets Mas (Barselona), Manuel Morlanes Arino (Vilyarreal),, Aleks Ujia Piriz (Real Sosyedad), Brahim Abdelkader Dias (Mançester Siti, İngiltərə).
Hücumçular: Xordi Mboula Queralt, Abel Ruiz Orteqa (hər ikisi “Barselona”), Martin Manuel Kalderon Qomes (Real), İvan Martin Nunyes (Roda, Hollandiya).
Fanat.az