"Barselona" və "İnter"in üzvləri millimizə qarşı

"Barselona" və "İnter"in üzvləri millimizə qarşı

Futzal üzrə İspaniya millisinin heyəti açıqlanıb. 

Fanat.Az xəbər verir ki, "DÇ-2016"da millimizin rəqibi olan komandanın baş məşqçisi Benansio Lopes 14 futzalçıya dəvət göndərib.

Onlar “Barselona”, “Mursiya”, “İnter”, “Sapone” və “Boloniya”klublarını təmsil edir. 

 

Xuanxo Anqosto, Pako Sedano, Xesus de Nazaret Aykardo, Serxio Lozano (hamısı “Barselona”), Xesus Errero, Karlos Ortiz, Adrian Alonso, Mario Rivilyos (hamısı “İnter”), Rafael Qarsiya, Migel Sayaqo, Raul Kampos, Aleks Yepes (hamısı “Mursiya”), Fernando Masiel (“Boloniya”), Xose Migel Ruis (“Sapone”).

Qeyd edək ki, Kolumbiyada keçiriləcək final mərhələsində İspaniya qrupda Azərbaycan, İran və Mərakeşlə mübarizə aparacaq. Onlar sentyabrın 12-də Asiya, 15-də Afrika təmsilçisi ilə qarşılaşacaqsa, yığmamızla görüş ayın 18-nə təsadüf edəcək.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər