"Barselona"nın 2014/15 mövsümündə geyinəcəyi 3 formadan biri mətbuatı sızıb. Fanat.az xəbər verir ki, "Footyheadlines" adlı internet saytının yayımladığı foto tənqidlərə səbəb olub.
Belə ki, "Barselona"nın gələn mövsüm geyinəcəyi ağ rəngli və üzərinə xaç şəkili olan forma "İnter"in 2008-ci ildə geyindiyi səfər formasının eynisidi. Kataloniya klubunun ənənəvi rənglərinin olmadığı forma azarkeşlərin etirazına səbəb olub.
Fanat.az