"Barselona" Qəbələyə gəlməkdən imtina etdi

"Barselona" Qəbələyə gəlməkdən imtina etdi
Qəbələdə 15 yaşadək futbolçular arasında keçiriləcək III Beynəlxalq Qəbələ Kubokunun hazırlıqlarına start verilməsi və turnirdə iştirak üçün bir neçə tanınmış kluba dəvət göndərilməsi barədə məlumat vermişdik. Fanat.az xəbər verir ki, artıq dəvət alan iki klub turnirdə iştirakını rəsmi şəkildə təsdiqləyib.
Belə ki, Türkiyənin "Fənərbaxça" və Rusiyanın “Lokomotiv” (Moskva) klubları Qəbələyə gəlməyə razılıq veri. 29 may-1 iyun tarixlərinə baş tutacaq turnirin digər iştirakçılarının adları da yaxın müddətdə müəyyənləşəcək. 
Bu arada turnirdə iştirak üçün dəvət göndərilən "Barselona", "Ayaks" və "Yuventus"un III Qəbələ Kubokunda yer almayacağı dəqiqləşib. "Barselona" və "Ayaks"ın öncədən başqa turnirdə iştirak barədə təsdiq verməsi, "Yuventus"un isə həmin dövrdə yerli çempionatın final mərhələsində iştirak etməsi adıçəkilən komandaların Qəbələyə gəlməsinə mane olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər