“Azərbaycana öz meydanımızda 4 top vursaq da, səfərdəki görüş fərqli olacaq. Asan oyun keməyəcəyinə əminəm". Fanat.Az xəbər verir ki, bunu Şimali İrlandiya millisinin üzvü Stüart Dallas deyib.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da yığmamızın qonağı olacaq Britaniya təmsilçisinin 26 yaşlı yarımmüdafiəçisi əlavə edib: "Hə, Yeni Zelandiya üzərində qələbə motivasiya baxımından əladı. Yoxlama görüşü bizə daha vacib matç ərəfəsində özünəinam verdi. Hazırda Çexiyadan 2, Azərbaycandan 3 xal öndəyik. Qrupda ikinci yeri tutmaq istəyiriksə, Bakıda qələbəyə oynamalıyıq. Türkiyədə hazırlaşmaq bu baxımdan işimizə yarayacaq. Bakıya qələbə dalınca gedirik. Meydandan 3 xalla ayrılacağımıza inanırıq”.
Fanat.Az