"Bakıya gəzməyə gəlməmişik" - moldovalı futbolçu

"Bakıya gəzməyə gəlməmişik" - moldovalı futbolçu

"Komanda ab-hava əladır. Baş məşqçi bizi dəstəkləyir və psixoloji cəhətdən Azərbaycanla oyuna hazırlaşdırır. Bu, futbolda önəmli amildir".

Bu sözləri Moldova yığmasının müdafiəçisi Aleksandr Onika ölkəsinin mətbuatına açıqlamasında deyib.

Bu gün millimizlə keçirəcəkləri yoldaşlıq görüşü haqda danışan Onika Bakıya gəzməyə gəlmədiklərini bildirib: "Düşünürəm ki, ağır oyun olacaq. Ancaq yaxşı nəticə qazanmaq üçün bütün gücümüzü ortaya qoyacağıq. Azərbaycan millisi evdə oynayır və qələbə qazanmağa çalışacaq. Lakin biz də Bakıya gəzmək üçün gəlməmişik. Mübarizə aparacağıq və sübut edəcəyik ki, güclü komandamız var".

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Moldova oyunu saat 21:00-da başlayacaq. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər