AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Faenat.az xəbər verir ki, komitə üzvləri 5 kluba texniki məğlubiyyət verib, birini çempionatdan çıxarıb:
* U-14 Liqasının "Dinamo" (Yardımlı) - "Xəzər Lənkəran" (Lənkəran) matçında Dinamo klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
* U-14 Liqasının “Şahdağ” (Qusar) - “Qudyalçay”(Xaçmaz) matçında “Qudyalçay klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Bu hal 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırırlır.
* U-11 Liqasının “Kürdəmir” (Kürdəmir) - “Uğur” (Ucar) matçında “Uğur” klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
* U-10 Liqasının “Bakı” - “Qarabağ” matçında “Bakı” klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
* Coca-Cola U-13 Liqasının “Məhsul”(Zərdab) - “Uğur”(Ucar) matçında “Uğur” klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
* Atena U-12 Liqasının “UGİM”(Mingəçevir) - “UGİM” (Ağcabədi) matçında “UGİM” (Mingəçevir) klubunun iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
Fanat.az