"Bakı" yeni transferlərindən üçünü sifariş edib. Fanat.az хəbər verir ki, onların adı bu gün keçiriləcək "Qəbələ" ilə oyunun protokoluna salınıb.
"Neftçi"dən icarəyə götürülən Elçin Sadıqov 1, "Sumqayıt"dan gələn Ramazan Abbasov 77, "Rəvan"dan transfer edilən Kamil Nurəhmədov 99 nömrəli formanı seçib.
Onlardan yalnız birinin - Kamil Nurəhmədovun adı start heyətinə salınıb. Elçin Sadıqovla Ramazan Abbasov isə ehtiyatda qalıb.
Fanat.az