"Bakı" klubunun yeni baş məşqçisi müəyyənləşib.İdman24.az saytının məlumatına görə, paytaxt klubunun yeni baş məşqçisi ispaniyalı mütəxəssis Xuan Manuel Lillodur. İspaniyalı gənc baş məşqçi Lilloyla iki illik müqavilə bağlanacağı bildirilir. Xuan Manuel bu zamana kimi İspaniyada "Salamanka", "Tenerife", "Saraqoza", "Real Sosyedad" və "Almeriya" kimi klublarda baş məşqçi işləyib."Barselona"nın əfsanəvi baş məşqçisi sayılan və yeni mövsümdən "Bavariya"nı çalışdıracaq Pep Quardiola Lillo haqqında belə deyib: "İndiyə kimi gördüyüm bütün baş məşqçilərdən nələrsə öyrənmişəm, amma 3 məşqçi var ki, onlar mənim futbol görüşümü müəyyənləşdirib və fikirlərimə istiqamət veriblər - Yohan Kroyff, Karles Rexac və Xuan Manuel Lillo". Bu da ondan xəbər verir ki, Lillo sıradan bir məşqçi deyil.47 yaşlı məşqçi yaxın günlərdə Bakıya gələrək klubla müqavilə bağlayacaq. Hazırda İspaniyada olan "Bakı"nın prezidenti Hafiz Məmmədovun bu gün vətənə dönəcəyi və klubla bağlı çox ciddi qərarlar qəbul edəcəyi də bizə verilən xəbərlər arasındadır. İdman24.az
"Bakı"nın yeni baş məşqçisi:Xuan Manuel Lillo
TREND
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:51
14.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Oxşar xəbərlər
Redaksiyadan
19:50
10.10.2026
Azərbaycan cüdoçularına dan dərəcələri təqdim olundu
Redaksiyadan
18:43
10.10.2026
AAF rəhbərliyi Avropa federasiyasının prezidenti ilə görüşdü
Digər
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
Digər
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"