"Bakı"nın sabiq üzvü rəsmən türk klubunda - FOTO

"Bakı"nın sabiq üzvü rəsmən türk klubunda - FOTO

"Bakı"nın sabiq futbolçusu Jabanın yeni klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını Türkiyədə davam etdirəcək.

Belə ki, 35 yaşlı hücumçu həvəskarlar liqasında çızxış edən "Kurtuluşspor"la müqavilə bağlayıb. Eskişəhər təmsilçisi onun bir illik anlaşıb.

Yaxşı bir komanda olacaqlarını bildirən Jaba "Çempion olmaq istəyirəm. Çempionatın sonuna qədər üst pillələrdə olub çempionluq sevinci yaşayacağıq" deyib.

"Kurtuluşspor" həmçinin gürcü hücumçu Toma Tabatadzeyi heyətinə qatıb.

Qeyd edək ki, Jaba 2009-2012 və 2014-15-ci illərdə "Bakı"da çıxış edib (97 oyun, 22 qol).

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər