"Bakı"nın sabiq üzvü 36 yaşında transfer olunur

"Bakı"nın sabiq üzvü 36 yaşında transfer olunur
"Bakı"nın sabiq futbolçusu Jaba özünə yeni klub tapıb. Fanat.Az xəbər verir ki, braziliyalı hücumçu karyerasını Türkiyədə davam etdirmək niyyətindədi.
Bu il 36 yaşını qeyd edəcək futbolçu Regional Həvəskarlar Liqasında (BAL) çıxış edən "Kurtuluşspor"u tərk edib. Jaba yenə karyerasını bu liqada davam etdirəcək. Bu dəfə "Gebzespor"un formasını geyinəcək.
Jabanın "Kurtuluşspor"dan ayrılmasının səbəbinə gəlincə, klub onun xidmətindən imtina edib. Halbuki, braziliyalı ilk yarıda keçirdiyi 13 oyunda 11 qol vurub.
Qeyd edək ki, Jaba 2009-2012 və 2014-2015-ci illərdə "Bakı"da çıxış edib. Bu müddətdə o, 97 rəsmi oyuna çıxıb və 22 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər