"Bakı"nın sabiq futbolçusu oyun alqı-satqısında

"Bakı"nın sabiq futbolçusu oyun alqı-satqısında
Hollandiya Futbol Federasiyası 9 avqust 2009-cu ildə keçirilən "Villem" - "Utrext" matçının qumara qoyulduğunu açıqlayıb. Fanat.az xəbər verir ki, oyun alqı-satqısında "Bakı"nın sabiq futbolçusu İbrahim Karqbo da iştirak edib.
Belə ki, Karqbo sinqapurlu Vilson Ray Perumalla şərik olub. O, "Villem"də çıxış edərkən başda kapitan Mixael Aerts olmaqla digər komanda yoldaşlarına oyunu satması üçün 25 min avro təklif edib. "Utrext"in foralı qələbəsini arzulayan sinqapurlu və şərikləri istəinə nail olmayıb. Buna baxmayaraq, oyun alqı-satqısına təşəbbüs kimi məsələnin araşdırılması davam edir.
Xatırladaq ki, Karqbo "Bakı"ya məhz "Villem"dən transfer olunmuşdu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər