"Bakı"nın sabiq çalışdırıcısı Useyn Boltu milliyə çağırır

"Bakı"nın sabiq çalışdırıcısı Useyn Boltu milliyə çağırır
Altı qat olimpiya çempionu sprinter Useyn Bolt futbol millisinə cəlb oluna bilər. Fanat.az xəbər verir ki, Yamayka millisini baş məşqçisi Vinfrid Şafer yamaykalını öz komandasında görmək istəyir.
Şeferin sözlərinə görə, Boltun futbol üzrə milliyə dəvət edilməsi 2016-cı il Olimpiya oyunlarından sonraya planlaşdırılır: "Bolt yamaykalıdı və mən onu komandamda görmək istərdim. Bu barədə onun özündən xahiş edəcəm. Ümid edirəm o ölkəsi üçün oynamağa razılıq verəcək. Bu bizim ümumi məqsədimizdi".
Qeyd edək ki, Useyn Bolt 6 qat olimpiya çempionu, 8 qat dünya çempionudur. O, 100 və 200 metr məsafələrdə dünya rekorduna sahibdi. 
Onu da qeyd edək ki, Şafer 2010-2011-ci illərdə "Bakı"nı çalışdırıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər