"Bakı"nın sabiq baş məşqçisi Çin klubunda

"Bakı"nın sabiq baş məşqçisi Çin klubunda

"Bakı"nın sabiq baş məşqçisi Milinko Pantiçin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, serb mütəxəssis karyerasını Çində davam etdirəcək.

Belə ki, o, bu ölkənin “Dalian Yifanq” klubunu çalışdıracaq. Milinko Pantiç bu postda Mikael Stareni əvəzləyib.

Bu klub Çinin 1-ci liqası hesab olunur. 16 turdan sonra aktivində 29 xal olan komanda 3-cü pilləni tutur və liderdən 2 xal geri qalır.

Qeyd edək ki, Milinko Pantiç 2013/14 mövsümündə “Bakı”nı çalışdırıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər