"Bakı"nın oyununun vaxtı dəyişdirildi

"Bakı"nın oyununun vaxtı dəyişdirildi

Futbol üzrə Azərbaycan birinci divizionunun XIII turunun oyun cədvəlində dəyişiklik olunub. 

Fanat.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Bakılı” klubu ev oyunlarını keçirdiyi stadionun dekabrın 15-dən etibarən təmir olunacağını əsas gətirərək, XIII turun “Bakı” ilə matçının vaxtının dəyişdirilməsini xahiş edib. 

“Bakı” klubunun da razılıq məktubunu alan PFL “Bakılı” – “Bakı” matçının əvvəlcədən nəzərdə tutulduğu 18 dekabrda deyil, 8 dekabrda oynanılmasına qərar verib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər