"Bakı"nın oyununda dava düşdü, 3 futbolçu cəzalandı

"Bakı"nın oyununda dava düşdü, 3 futbolçu cəzalandı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri I divizionun XXIV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

“Energetik” - "Bakı" matçının 45-ci dəqiqəsində meydan sahiblərindən Etibar Alıyevlə qonaqlardan Müşfiq İlyasov bir-birilərini rəqibi təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alıblar. AFFA hər iki futbolçunu 3 oyunluq cəzalandırıb, klubları 200 manat cərimə edib. Eyni dəqiqədə aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alan “Energetik”in futbolçusu Zamir Cəlilovun cəzası 4 oyun olub, klub 400 manat cərimələnib. "Bakı"dan Qeyrət Əliyev isə 85-ci dəqiqədə ikinci sarı vərəqəni alıb. Ona 1 oyun cəza verilib, kluba 20 manat cərimə kəsilib. 

"Şahdağ"dan Vüsal Səfərov “Bakılı” ilə matçın 11-ci dəqiqəsində ikinci sarı vərəqəni alıb. Onun da cəzası 1 oyun olub, klub 20 manat cəriməlinb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər