"AFFA maya qədər "Bakı"nın futbolçularına maaşları ödəyəcək". Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Baş katib maaşların geri almaq şərtilə ödəniləcəyini bildirib: "Konkret söhbət belə oldu ki, maliyyə problemlərindən xəbərimiz var və yaxın zamanda bu məsələ hissə-hissə həll olunacaq. Maaşları maya qədər AFFA ödəyəcək. Amma geri almaq şərti ilə. Çempionatda iştirak üçün lisenziyalaşdırmaya uyğun olaraq hər bir klub banka zəmanət verir. Biz də həmin zəmanətdən istifadə edirik".
Fanat.az