Azərbaycan I divizionunda çıxış edən “Bakı” klubunun 6 xalı silinib.
Fanat.az-ın məlumatına görə, FIFA AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin “Bakı” klubu haqqında qərar qəbul etdiyini bildirib.
FİFA “Bakı” klubu ilə futbolçusu Marius Pena arasında bağlanmış müqavilə şərtlərinə riayət olunmaması səbəbindən klubun cari mövsüm aktivliyindən 6 xal silinməsini tələb edib.
Buna görə də AFFA-nın İntizam Komitəsi “Bakı”nın 6 xalını silməyə qərar verib. Nəticədə "Bakı" turnir cədvəlində 8 xalla sonuncu pilləyə enib.
Qeyd edək ki, bu mövsüm “Bakı”nın aktivindən bir dəfə 6, bir dəfə isə 3 xal silinib (affa.az).
Fanat.az