İbrahim Uzunca "İnter"lə oyunla (0:7) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Bakı"nın baş məşqçisi türk mütəxəssis darmadağına görə üzr istəyib:
"İstədiyimiz olmadı. Xüsusən də ilk hissədə çox pis oynadıq. Yaxşı hazırlıq keçməyən futbolçularımızda motivasiya da aşağı səviyyədədi. Hər qoldan sonra oyundan bir az da soyuduq. Mən bu gün futbolçularımı tanıya bilmədim. Biz bu məğlubiyyəti unudub, qarşıdakı oyunlara baxmalıyıq. “Bakı” tarixi ərzində bu hesabla uduzmamışdı. Buna görə üzr istəyirəm. Komandanı daha yaxşı yerlərə gətirmək üçün çalışacağıq".
Fanat.az