"Bakı"nın 2 futbolçusu türk klubunda - FOTO

"Bakı"nın 2 futbolçusu türk klubunda - FOTO

"Bakı"dan ayrılan Yusup Hakimovla Umar Akmurzayevin yeni klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, çeçen futbolçular karyerasını Türkiyədə davam etdirəcək. 

Belə ki, Hakimovla Akmurzayev Türkiyənin həvəskarlar liqasında (BAL) çıxış edən "Kocaelispor"da çıxış edəcək. Onlar yeni klubları ilə 6 aylıq müqavilə imzalayıblar.

Qeyd edək ki, Rəşad Sadıqovla Ramal Hüseynov "Kocaelispor"da çıxış edib. Həmin vaxt komanda Super Liqada çıxış edirdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər