I divizionda XV tura start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
MOİK ev oyununda "Bakı"nı darmadağın edib - 4:0. "Zaqatala" evdə "Mil-Muğan"ı 2:0, "Ağsu" səfərdə "Turan Tovuz"u 2:1 hesabı ilə yenib. "Şəmkir" - "Şahdağ" matçında isə qalib müəyyənləşməyib.
Qeyd edək ki, tura sabah baş tutacan iki oyunla yekun vurulacaq.
I divizion
2015/16 mövsümü
II dövrə, XV tur
24 fevral
MOİK - Bakı 4:0
Qollar: Röyal Nəcəfov, 23 (p.); 45+3. Fərid Kərimzadə, 64. Səbuhi Əliyev, 90+1 (avtoqol).
Zaqatala - Mil-Muğan 2:0
Qollar: Anar Hacıyev, 46 (avtoqol). Arzuman Nəsibov, 59.
Şəmkir - Şahdağ 2:2
Qollar: Müşfiq Teymurov, 16. Qeyrət Qənbərov, 64 - Yasin Yaqubzadə, 40. Şahin Məmmədov, 54.
Turan Tovuz - Ağsu 1:2
Qollar: Tuqay Alhüseynli, 26 - Nurlan İsbəndiyarov, 42. Ruslan Həsənov, 67.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Neftçala | 14 | 12 | 1 | 1 | 41:8 | 37 | |
| 2 | Qaradağ L | 14 | 10 | 2 | 2 | 34:18 | 32 | |
| 3 | Ağsu | 15 | 8 | 4 | 3 | 27:14 | 28 | |
| 4 | Şəmkir | 15 | 6 | 6 | 3 | 19:13 | 24 | |
| 5 | Bakılı | 14 | 6 | 3 | 5 | 21:21 | 21 | |
| 6 | Mil-Muğan | 15 | 5 | 6 | 4 | 20:13 | 21 | |
| 7 | MOİK | 15 | 6 | 3 | 6 | 20:17 | 21 | |
| 8 | Zaqatala | 15 | 5 | 5 | 5 | 20:19 | 20 | |
| 9 | Turan T | 15 | 5 | 3 | 7 | 21:19 | 18 | |
| 10 | Şərurspor | 14 | 4 | 3 | 7 | 25:19 | 15 | |
| 11 | Şahdağ | 15 | 4 | 3 | 8 | 18:30 | 15 | |
| 12 | Bakı | 15 | 6 | 2 | 7 | 18:25 | 11 | |
| 13 | Energetik | 14 | 1 | 2 | 11 | 6:53 | 6 | |
| 14 | Göyəzən | 14 | 1 | 2 | 11 | 8:29 | 5 | |
| Bombardirlər | David Canelidze (Neftçala) - 12. Rəhman Musayev (Şərurspor) - 11. | |||||||
| Qeyd: | FIFA-nın İntizam Komitəsinin qərarına əsasən “Bakı”nın 9 xalı silinib. | |||||||
Fanat.az