"Simurq" daha iki futbolçunun transferini rəsmiləşdirib. Fanat.az xəbər verir ki, Zaqatala klubu gənc futbolçular Vadim Abdullayev və Vüqar Mustafayevlə 3 illik müqavilə imzalayıb. Vadim Zaqatala təmsilçisinin heyətində "5", Vüqar isə "14" nömrəli forma geyinəcək.
Qeyd edək ki, hər iki yarımmüdafiəçi ötən mövsüm "Bakı"da çıxış edib. Vadim Abdullayev əsas komandanın heyətində 17 (1332 dəqiqə), Vüqar Mustafayev isə 19 (1596 dəqiqə) qarşılaşmada meydana çıxıb.
Fanat.az