AFFA İntizam Komitəsi "Bakı"nı cərimə edib. Fanat.az xəbər verir ki, buna səbəb paytaxt klubunun 5 futbolçusunun I turdan təxirə salınmış "Simurq"la oyunla sarı vərəqə alması olub. "Bakı" buna görə 1000 manat ödəyəcək.
Qeyd edək ki, "Bakı" bu oyunda 1:0 hesablı qələbə qazanıb. Baş hakim Fariz Yusiov Georgios Pelagias, Vüqar Bəybalayev, Nuran Qurbanov, Nurlan Novruzov və Yure Travneri qeyri idman hərəkətinə görə cəzalandırıb.
"Bakı"nın əvəzedici komandası da cəzasız qalmayıb. Belə ki, "Simurq"la oyunun 78-ci dəqiqəsində Ülvi Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni aldığından 1 oyun cəzalandırılıb, klub 100 manat cərimə olunub. "Bakı" bununla yanaşı 5 futbolçusu sarı vərəqə aldığından 500 manat cərimələnib.
Fanat.az