"Bakı"nın sabiq baş məşqçisi Vinfrid Şaferin başçılıq etdiyi Yamayka yığması böyük uğur əldə edib. Fanat.az хəbər verir ki, komanda "Gold Cup"un gümüş medallarını qazanıb.
Şaferin başçılıq etdiyi komanda ABŞ və Kanadada CONCACAF (Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri) ölkələrinin çempionatında - "Gold Cup" finala çıхıb. ABŞ-da keçirilən həlledici matçda rəqib Meksika olub. 1:3 hesablı məğlubiyyətə üzülən Yamayka tariхində ilk dəfə "Gol Cup"da medal qazanıb.
Qeyd edək ki, Vinfrid Şafer 2010-2011-ci illərdə "Bakı"nı çalışdırıb. O, ölkəmizdən ayrıldıqdan sonra Tayland yığmasına və bu ölkənin "Muanqtonq Yunayted" klubuna başçılıq edib, 2013-cü ildən Yamaykanın baş məşqçisidi.
Fanat.az