"Bakı"dan qaçanlar indi hardadı?

"Bakı"dan qaçanlar indi hardadı?
Maliyyə böhranına düşən "Bakı"nı yayda çox sayda futbolçu tərk etdi ki, onlardan da 10-u legioner idi. Fanat.az xəbər verir ki, klubla yollarını ayıran əcnəbilərdən 5-i özünə yeni iş yeri tapsa da, qalan 5 nəfər hələ də işsizdi.
Vətəni Rumıniyaya dönən Marius Pena "Konkordiya"nın heyətində yer alıb. O, yeni klubunda 8 oyun keçirib və 582 dəqiqə oynayaraq 1 qola imza atıb.
Mario Alvares və Ruben Qonzales İspaniyanın "Saraqosa" klubuna keçib. Maro 6 oyunda 540, Ruben 5 matçda 336 dəqiqə oynayıb. Sonuncu "Albasete" ilə kubok matçının 82-ci dəqiqəsində qırmızı vərəqə alıb.
Alberto Noquera İspaniyanın aşağı liqa təmsilçisi "Trival"da çıxış edir. O, bu komandada 5 oyun keçirib və 325 dəqiqə meydanda olub. Deyvidas Çesnauskis isə Litvanın "Trakay" klubunun heyətində 3 oyunda 210 dəqiqə oynayıb.
Qeyd edək ki, ötən mövsüm "Bakı"nı çalışdıran Milinko Pantiç hələ də işsizdi.

Futbolçu

Klub (ölkə)

Oyun

Dəqiqə

Qol

Marius Pena

Konkordiya (Rumıniya)

8

582

1

Mario Alvares

Saraqosa (İspaniya)

6

540

0

Ruben Qonzales

Saraqosa (İspaniya)

5

336

0

Alberto Noquera

Trival (İspaniya)

5

325

0

Deyvidas Çesnauskis

Trakay (Litva)

3

210

0

Aleksandar Soliç

klubsuz

Edin Nuredinoski

klubsuz

Etto

klubsuz

Juninyo

klubsuz

Mario Rubio

klubsuz

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər