"Bakı"da dava: Jaba kimi söydü?

"Bakı"da dava: Jaba kimi söydü?

Premyer Liqanın XII turunda "Qarabağ"la qarşılaşacaq "Bakı"nın bugünkü məşqində dava düşüb. Fanat.az qol.az-a istinadən xəbər verir ki, hazırlıq zamanı "zolaqlılar"ın iki futbolçusu - Nuran Qurbanov və Jaba arasında gərginlik yaşanıb.

Buna futbolçuların bir-birilərinə ötürmə verməmələrinin səbəb olduğu bildirilir. Futbolçuları komanda yoldaşları ayırıb. Bu səbəbdən gərginlik əlbəyaxa dava həddinə çatmayıb. Jaba komanda yoldaşını təhqir edərək məşqi yarımçıq tərk edib və paltardəyişmə otağına yollanıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər