"Bakı" və "Rəvan"ın futbolçuları söyüş söyüb

"Bakı" və "Rəvan"ın futbolçuları söyüş söyüb
U-19 liqasının "Rəvan" - "Bakı" matçında futbolçular rəqib oyunlçuları təhqir edib. Fanat.az xəbər verir ki, "Bakı"dan Mahir Mədətov, "Rəvan"dan isə Vüsal İsgəndərli rəqiblərini söyüblər.
Mahir Mədətov 36-cı dəqiqədə, Vüsal İsgəndərli 42-ci dəqiqədə rəqibini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Hər iki futbolçu 3 oyunluq cəzalandırılıb.
U-14 liqasının UGİM (Bərdə) - UGİM (Ağcabədi) matçının 42-ci dəqiqəsində isə Bərdə təmsilçisinin futbolçusu Elzamin Şadmanov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığından 2 oyunluq cəza alıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər